"Real" Madird Eriksenin transferindən imtina edib

"Real" Madird Eriksenin transferindən imtina edib

9 Yanvar 2019 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin "Tottenhem" futbol klubu danimarkalı yarımmüdafiəçi Kristian Eriksenin transfer qiymətinin 250 milyon funt-sterlinq olduğunu bildirib.

Mediainfo.az-ın AS nəşrinə istinadən verdiyi xəbərə görə, 26 yaşlı Eriksenin transferində maraqlı olan Madridin "Real" komandası isə hələlik bu məbləğı ödəməyə hazır deyil. Bu səbəbdən də "Tottenhem" və "Real" arasında Eriksenin transferi ilə bağlı keçirilən danışıqlar uğursuz nəticələnib. Qeyd edək ki, Kristian Eriksenin "Tottenhem"lə müqaviləsi 2020-ci ildə başa çatacaq.