Voleybol millimizin rəqibləri müəyyənləşdi

Voleybol millimizin rəqibləri müəyyənləşdi

23 Yanvar 2019 17:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

İstanbulda keçirilən mərasimdə millimizin də rəqibləri müəyyənləşib. Yığmamız Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniya komandaları ilə birlikdə C qrupunda mübarizə aparacaq.


Bu qrupun oyunları Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

A qrupu (Ankara): Türkiyə, Serbiya, Bolqarıstan, Fransa, Finlandiya, Yunanıstan

B qrupu (Lodz): Polşa, İtaliya, Belçika, Ukrayna, Portuqaliya, Sloveniya

C qrupu (Budapeşt): Macarıstan, Hollandiya, Xorvatiya, Azərbaycan, Rumıniya, Estoniya

D qrupu (Bratislava): Slovakiya, Rusiya, Almaniya, Belarus, İspaniya, İsveçrə

Qeyd edək ki, Avropa çempionatının oyunları 23 avqust – 8 sentyabrda Türkiyə (Ankara), Polşa (Lodz), Macarıstan (Budapeşt) və Slovakiyada (Bratislava) keçiriləcək. Final və 3-cü yer uğrunda görüşlər Türkiyənin paytaxtında olacaq. Reqlamentə əsasən, qrupda ilk 4 yeri tutacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.(qol.az)