"Real" Madrid səfərdə "Espanyol"u darmadağın edib

"Real" Madrid səfərdə "Espanyol"u darmadağın edib

28 Yanvar 2019 06:39
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya La liqasında növbəti 21-ci turun oyunları keçirilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu turda "Real" Madrid səfərdə "Espanyol"un qonağı olub. Lakin madridililər özlərini heç də qonaq kimi aparmayıblar. Hesabı oyunun 4-cü dəqiqəsində qonaq komandanın hücumçusu Kərim Benzema açıb.15-ci dəqiqədə Ramos qonaqları ikinci dəfə məyus edib. 25-ci dəəqqədə Baptistao buraxılan qollardan birinin əvəsini çıxıb. Lakin 45-ci dəqiqədə Benzema hesab arasındakı fərqi yenidən 2 topa çatdırıb. İkinci hissədə isə tərəflərin hərəsi bir dəfə sevinib. Nəticədə madridlilər səfərdə rəqiblərinə 4:2 hesabı ilə qalib gəliblər.

İspaniya La Liqası, 21-ci tur

27 yanvar

"Espanyol" - "Real"- 2:4
Qollar: K. Benzema, 4 (0:1), S. Ramos, 15 (0:2), L. Baptistao, 25 (1:2), K. Benzema, 45 (1:3), Q. Beyl, 67 (1:4), R. Rosales, 81 (2:4)