"El-klassiko" da qalib müəyyənləşmədi
İspaniyada 2019-cu ilin ilk "El-Klassiko"sunda qalib müəyyənləşməyib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, İspaniya La liqasının əzəli rəqibləri olan "Barselona" və "Real" Madrid İspaniya kubokunun yarımfinal oyununda üz-üzə gəliblər. Madridililər rəqib meydanında oynamalarına baxmayaraq özlərini heç də qonaq kimi aparmayıblar. Oyuna aramsız hücumlarla başlayan qonaq komanda 6-cı dəqiqədə Lukas Vaskesin vurduğu qolla hesabı açıb. Birinci hissədə daha qapılara qol vurulmayıb. İkinci hissədə meydan sahibləri çətinliklə də olsa Malkomun vurduğu qolla hesabı bərabərləşdirə biliblər. Oyun 1:1 hesabı ilə də başa çatıb. Bu komandalar arasında cavab görüşü fevralın 27-də Madiddə keçiriləcək.
"Barselona" - "Real" - 1:1
Qollar: Lukas Vaskes, 6 (0:1), Malkom, 57 (1:1)































.jpg)




































.jpg)






















