"Barselona" xal itirdi
İspaniya La Liqasında 23-cü turun oyunu lider "Barselona üçün uğursuz olub.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu turda "Barselona" xal itkisinə məruz qalıb. Səfərdə "Atletik"in qonağı olan kataloniyalılar rəqibin güclü müqaviməti ilə üzləşiblər. Qarşılaşmada hər iki tərəfin səylərinə baxmayaraq hesab açılmayıb və oyun qolsuz bərabərliklə başa çatıb. Xal itkisinə baxmayaraq xallarının sayını 51-ə yüksəldən "Barsa" ilk pillədəki yerini qoruyub. İkinci sırada yer alan "Real" "Kral klubu" ilə lider arasında 6 xallıq fərq var.. "Atletiko" isə 44 xalla 3-cü pilləni tutur.
İspaniya La Liqası, 23-cü tur
10 fevral
"Leqanes" - "Betis" - 3:0
Qollar: Y. En-Nesiri, 22 (1:0), 36 (2:0), 66 (3:0)
"Valensiya" - "Real Sosyedad" - 0:0
"Sevilya" - "Eybar" - 2:2
Qollar: F. Orelyana, 22 (0:1), Çarles, 63 (0:2), V. Ben Yedder, 88 (1:2), P. Sarabia, 90 (2:2)
"Atletik" - "Barselona" - 0:0































.jpg)




































.jpg)






















