Mauro İkardi "İnter"dən üzr istəməsini tələb edib
"Kapitan sarğısından məni məhrum etdiyinə görə, "İnter" rəhbərliyi üzr istəməyəcəyi təqdirdə komandanı tərk edəcəyəm".
Mediainfo.az-ın The Sun-a istinadən verdiyi xəbərə görə, bu sözləri "İnter"in hücumçusu Mauro İkardi deyib: "Mən heç bir əsas olmadan kapitan sarğısından məhrum edilmişəm. Əgər bununla bağlı klub rəhbərliyi məndən üzr istəməsə, onda komandanı tərk etmək məcburiyyətində qalacağam".
Mətbuatda gedən məlumatlara görə, İkardi və klub rəhbərliyi arasında oyunçunun müqavilə müddətinin uzadılması barədə danışıqlar hələlik nəticə vermir. Buna səbəb kimi isə İkardinin agenti olan həyat yoldaşının şıltaqlığı göstərilir.
Digər xəbərlər

























.jpg)




































.jpg)




























