"Lester" baş məşqçisi ilə yolları ayırdı

"Lester" baş məşqçisi ilə yolları ayırdı

24 Fevral 2019 18:20
Bəyəndim (0) Bəyənmədim (0)

"Lester"in baş məşqçisi Klod Püel istefaya göndərilib.

Faktor.az klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 57 yaşlı mütəxəssislə İngiltərə Premyer Liqasının 27-ci turunda evdə "Kristal Pelas"a 1:4 hesabı ilə uduzduqları qarşılaşmadan sonra yollar ayrılıb.

Qeyd edək ki, fransalı məşqçi 2017-ci ilin oktyabrından "Lester"i çalışdırırdı. Hazırda komanda turnir cədvəlində 32 xalla 12-ci yerdədir.