V.Bottas: “Ferrari hələ qabaqdadır”

V.Bottas: “Ferrari hələ qabaqdadır”

5 Mart 2019 09:42
Bəyəndim (0) Bəyənmədim (0)

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, yeni W10 sürətli olsa da, Ferrari-ni keçə biləcəkləriniə əmin deyil.

F-1.az xatırladır ki, birinci testlərdən sonda Mercedes komandasında balansla bağlı problemlər olsa da, "gümüş oxlar" ikinci testlərdə bu problemi həll edə biliblər.

Valtteri Bottas: "Daha yaxşıdır. Amma bu, Ferrari-ni qabaqlamaq üçün bəs edəcək? Əvvəlki həftəyə nisbətən maşının asfaltayatma qüvvəsi artıb. Lakin hələ də əksər şeyləri üzə çıxarmamışıq. Maşın hələ mükəmməl deyil. Lakin potensialının olduğunu hiss edirik. Hər gün maşın barədə yeni şeylər öyrənirik. Hər dəfə bolidə oturanda özümü daha yaxşı hiss edirəm. Ferrari hələ də güclü görünür. Amma Melburna qədər hər şey ola bilər.".