PSJ  "Mançester Yunayted"i, "Portu" isə "Roma"nı sınağa çəkəcək

PSJ "Mançester Yunayted"i, "Portu" isə "Roma"nı sınağa çəkəcək

6 Mart 2019 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin bu gecə keçiriləcək növbəti iki oyununda "Paris Sen Jermen" "Mançester Yunayted"i, "Portu" isə"Roma"nı qəbul edəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, ilk oyunda səfərdə "qırmızı şeytanlar"a 2:0 hesabı ilə qalib gələn PSJ-nin növbəti oyunda da qalib gəlmə imkanları daha yüksək hesab edilir. "Mançester Yunayted" PSJ ilə oyuna böyük itkilərlə çıxacaq. İlk oyunda qırmızı kart alan Poqba, həmçinin zədəli olan Xuan Mata, Ander Errera, Antonio Valensiya, Cessi Linqard və Nemanya Matiç meydanda olmayacaqlar.

"Paris Sen Jermen"də isə zədəli olan Neymarın meydana çıxa bilməyəcəyi ehtimal edilir. Bundan əlavə PSJ-nin heyətində Stenli Nsoki və Edinson Kavaninin meydana çıxıb-çıxmayacağı məlum deyil.

"Portu"-"Roma" oyununda isə tərəflərin növbəti mərhələyə çıxma şansları bərabər hesab edilir. İlk oyunda "Roma" öz meydanında "Portu"ya 2:1 hesabı ilə qalib gəlsə də, portuqaliyalı futbolçuların növbəti mərhələyə çıxma şansları var.

Onu da deyək ki, azərbaycanlı azarkeşlər "Portu" – "Roma" oyununu İdman Azərbaycan, "Paris Sen Jermen" – "Mançester Yunayted" qarşılaşmasını isə "CBC Sport" kanallarından canlı şəkildə izləyə biləcəklər.