UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək

7 Mart 2019 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün axşam Avropada daha bir futbol həyəcanı yaşanacaq.

Mediainfo.az-ın verdiyi xəbərə görə, UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək. Londonun "Çelsi" futbol klubu öz meydanında bizə yaxşı tanış olan Kiyevin "Dinamo" komandasını sınağa çəkəcək. Londonun digər klubu "Arsenal" isə səfərdə Fransanın "Renn"komandası ilə oynayacaq.

İspaniyanın "Seviliya" komandasl isə doğma divarlar arxasında Çexiyanın "Slaviya" (Praqa) komandasını darmadağınla evlərinə yola salmağa cəhd edəcək.

Nəhayət Ançelottinin "Napoli"si öz meydanında bu mövsümdə güclü oyun nümayiş etdirən Avstriya "Zaltsburq"una sərfəli hesabla qalib gəlməyə çalışacaq.

Avropa Liqası

1/8 final, ilk oyunlar

21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Benfika" (Portuqaliya)

21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "İnter" (Milan, İtaliya)

21:55. "Renn" (Fransa) - "Arsenal" (İngiltərə)

21:55. "Sevilya" (İspaniya) - "Slaviya" (Praqa, Çexiya)

21:55. "Zenit" (Rusiya) - "Vilyarreal" (İspaniya)

24:00. "Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)

24:00. "Napoli" (İtaliya) - "Zaltsburq" (Avstriya)

24:00. "Valensiya" (İspaniya) - "Krasnodar" (Rusiya)

Cavab oyunları martın 14-də keçiriləcək.