Lui van Qal məşqçilik karyerasını başa  vurub

Lui van Qal məşqçilik karyerasını başa vurub

11 Mart 2019 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

"Mançester Yunayted", "Barselona", "Bavariya" və "Ayaks" komandasının keçmiş baş məşqçisi Lui van Qal məşqçilik fəaliyyətini başa vurduğunu bildirib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, 67 yaşlı məşhur məşqçi Lui van Qal AS nəşrinə açıqlamasında artıq yorulduğunu və dincəlməyə ehtiyacının olduğunu bildirib: "Mən məşqçilik fəaliyyətimi başa vurmağı qərara almışam. 22 il əvvəl həyat yoldaşım xarici ölkələrdəki məşqçilik fəaliyyətim zamanı məni dəstəkləmək üçün sevimli işindən ayrılıb. O vaxt ona demişdim ki, 55 yaşımda təqaüdə çıxacağam. Amma vədimə əməl edə bilmədim və artıq 67 yaşımdayam. Artıq getmək vaxtımdır və bundan sonra geriyə yol yoxdur".