Ronaldo "Atletiko"nu darmadağın etdi
Çempionlar Liqasında 1/4 finalının daha iki iştirakçısının adı məlum olub.
Mediainfo.az-ın verdiyi xəbərə görə 1/8 finalın cavab oyununda "Yuventus"- "Atletiko"oyununda turinlilər 3 dəfə fərqləniblər. İlk oyunda madridlilərə 0:2 hesabı ilə məğlub olan turinlilər cavab oyununda əzmkar oyun nümayış etdiriblər. Oyunun qəhrəmanı isə Kriştianu Ronaldo olub. O birinci hissənin 27-ci dəqiqəsində başla vurduğu qolla hesabı açıb. İkinci hissənin 49-cu dəqiqəsində isə Ronaldo yenidən fərqlənərək hesab arasındakı fərqə tarazlıq gətirib. Oyunun başa çatmasına 4 dəqiqə qalmış Ronaldo qonaqların qapısına təyin edilən 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək "Yuventus"u növbəti mərhələyə çıxarıb
"Mançester Siti" isə "Şalke"nin qapısından 7 cavabsız top keçirərək onu nokauta göndərib.
Çempionlar Liqası
1/8 finalın cavab oyunları
"Yuventus" – "Atletiko" - 3:0
Qollar: Ronaldo, 27, 49, 86-pen.
İlk oyun - 0:2
"Mançester Siti" – "Şalke" - 7:0
Qollar: Aquero, 35-pen. 38, Sane, 42, Sterlinq, 57, B.Silva, 71, Foden, 78, Jsusu, 84
İlk oyun - 3:2












.jpg)




































.jpg)








































