"Liverpul"  "Bavariya"ya futbol dərsi keçdi

"Liverpul" "Bavariya"ya futbol dərsi keçdi

14 Mart 2019 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab oyununda "Liverpul" səfərdə Münhenin "Bavariya" klubu ilə görüşüb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Kloppun komandası ilk oyunla müqayisədə səfərdə əsl hücum futbolu nümayiş etdiriblər.

Oyunun əvvəllərindən təşəbbüsü ələ alan qonaq komanda 26-cı dəqiqədə Sadio Manenin fərdi ustalığı nəticəsində hesabı açıb. Bundan sonra irəli atılan almanlar 38-ci dəqiqədə Matipin avtoqolu ilə hesabı bərabərləşdiriblər. İkinci həssədə meydanda bərabər səviyyədə oyun gedib. 69-cu dəqiqədə "Liverpul"un müdafiəçisi Van Deyk künc zərbəsindən sonra başla topu meydan sahiblərinin qapısından keçirərək onlara şok yaşadıb. Oyunun başa çatmasına 6 dəqiqə qalmış Mane 3-cü topu meydan sahiblərinin qapısından keçirərək almanların heç-heçəyə olan son ümidlərini də boşa çıxarıb. Beləliklə meydanda almanalara futbol dərsi keçən ingilislər növbəti mərhələyə adlayıblar.

Bu turun digər oyununda "Barselona" öz meydanında "Lion"a 5:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə əldə ediblər

Çempionlar Liqası

1/8 finalın cavab oyunları

13 mart

"Barselona" - "Lion" - 5:1
Qollar: L. Messi, 18-penalti (1:0), 78(3:1), F. Koutinyo, 31 (2:0), L. Tusar, 59 (2:1), J. Pike, 81 (4:1), U. Dembele, 86 (5:1)
İlk oyun - 0:0

"Bavariya" - "Liverpul" - 1:3
Qollar: S. Mane, 26 (0:1), 84 (1:3), J. Matib, 38-avtoqol (1:1), V. van Deyk, 69 (1:2)
İlk oyun - 0:0

Qeyd edək ki, növbəti mərhələdə "Liverpul" və "Barselona"dan əlavə "Mançester Yunayted", "Ayaks", "Tottenhem", "Portu", "Yuventus" və "Mançester Siti" də oynayacaq.