“Liverpul” dünyanın top komandaları arasına qayıdıb
Ötən gün "Liverpul"un Çempionlar liqası çərçivəsində keçirilən cavab oyununda "Bavariya" üzərində 3:1 hesabı ilə qalib gəlməsinə baş məşqçi Yurgen Klopp münasibət bildirib.
Mediainfo.az-ın UEFA-nın saytına istinadən verdiyi xəbərə görə, Klopp deyib ki, onun komandası arzuladığı oyunu nümayş etdirə bilib: "Biz yaxşı oyun nümayiş etdirdik. Xüsusi ilə ikinci hissədə rəqibi bütün cəhətlərdən üstələdik. Hücum xəttində oynayan hər üç futbolçu, o cümlədən komandanın bütün oyunçuları təqdirəlayidirlər. Mən burada Vircila van Deykin də adını xüsusi qeyd etmək istəyirəm. Deyk cavan olsa da, əsl peşəkar futbolçudur. O gələcəkdə indikindən daha yaxşı oyun nümayiş etdirəcək. "Bavariya"ya onun öz meydanında qalib gəlməklə sübut etdik ki, "Liverpul" dünyanın ən yaxşı top klublarından birinə çevrilib".












.jpg)




































.jpg)








































