Ronaldo həftənin ən yaxşı oyunçusu seçilib
Çempionlar Liqası çərçivəsində bu həftə keçirilən oyunların ən yaxşı oyunçusunun adı məlum olub.
Mediainfo.az-ın UEFA saytına istinadən verdiyi xəbərə görə İtaliyanın "Yuventus" futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo UEFA tərəfindən Çempionlar Liqası çərçivəsində bu həftə keçirilən oyunların ən yaxşı oyunçusu elan edilib. Ronaldo "Yuventus"un heyətində "Atletiko" Madridlə oyunda rəqib qapısından 3 top keçirərək komandasını növbəti mərhələyə çıxarıb. Qeyd edək ki, həftənin ən yaxşı oyunçusu adına namizədlər arasında Messi ("Barselona"), Sadyo Mane ("Liverpul) və Leroy Sanenin ("Arsenal") də adları vardı.
Digər xəbərlər












.jpg)




































.jpg)








































