“Real” Madridin  Mbappeni transfer arzusu boşa çıxdı

“Real” Madridin Mbappeni transfer arzusu boşa çıxdı

28 Mart 2019 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

Madridin "Real" futbol klubunun bu mövsümün sonunda PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmə cəhdi baş tutmayıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Le Parisien nəşrinin yaydığı məlumatda deyilir. Nəşrin iddiasında qeyd edilir ki, PSJ 2020-ci ilə kimi Mbappeni satmaq niyyətində deyil. Bununla belə növbəti mövsümdə olsa belə kral klubu Mbappeni transfer etməyə ümid edir. Hazırda Mbappenin transfer qiyməti 200 milyon avro hesab edilir. Bu mövsümdə 35 oyunda meydana çıxan Mbappe rəqib qapılarından 31 top keçirib və qolla nəticələnən 15 ötürmə verib.