"Barselona" səfərdə sevindi

"Barselona" səfərdə sevindi

11 Aprel 2019 08:57
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasında 1/4 final mərhələsində ilk matçlara yekun vurulub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, əsas oyunlardan biri Amsterdamda baş tutub. "Ayaks" doğma azarkeşləri önündə "Yuventus"la qarşılaşıb. Gərgin keçən oyun 1:1 hesabı ilə başa çatıb.

Gecənin digər oyununda isə İngiltərədə "Mançester Yunayted" "Barselona"nı qəbul edib. Şounun avtoqolu nəticəsində görüşdə Kataloniya klubu qələbəni bayram edib.

Komandalar arasında cavab qarşılaşmaları isə aprelin 16-da olacaq.

Çempionlar Liqası, 1/4 final

"Ayaks" (Hollandiya) – "Yuventus" (İtaliya) - 1:1
Qollar: Ronaldo, 45 (0:1), D.Neres, 46 (1:1)

"Mançester Yunayted" (İngiltərə) – "Barselona" (İspaniya) - 0:1
Qol: L.Şou, 13-avtoqol