Dieqo Kosta mövsümün sonuna kimi oynamayacaq

Dieqo Kosta mövsümün sonuna kimi oynamayacaq

11 Aprel 2019 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Madridin "Atletiko" futbol klubunun oyunçusu Dieqo Kosta bu mövsümün sonuna kimi yaşıl meydanlardan kənarda qalacaq.

Medianfo.az-ın Cadena Copeyə istinadən verdiyi xəbərə görə, buna səbəb "Atletiko" Madridin hücumçusunun "Barselona" ilə oyunda hakimi təhqir etməsidir. İspaniya Futbol Federasiyası hakimi təhqir etdiyinə görə Dieqo Kostaya 8 oyunda meydana çıxmağı qadağan edib. Beləliklə İspaniya La Liqasının başa çatmasına 7 tur qaldığını nəzərə alsaq, onda Dieqo Kosta üçün vaxtından əvvəl mövsüm başa çatmış hesab edilə bilər.