PSJ Fransa çempionatında biabır oldu

PSJ Fransa çempionatında biabır oldu

15 Aprel 2019 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa çempionatında 32-ci tur lider PSJ üçün biabırçı sonluqla başa çatıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə vaxtından əvvəl ölkə çempionu olmağa hazırlaşan PSJ səfərdə "Lill"lə oyunda şok yaşayıb. Parislilər bu oyunda darmadağına məruz qalıblar. Meydan sahibləri qonaqların qapısından 5 top keçirərək onların vaxtından əvvəl çempionluğu bayram etmək istəyini gözündə qoyublar.

"Lill" - PSJ - 5:1
Qollar: T. Mönye, 7-avtoqol (1:0), J. Bernat, 11 (1:1), N. Pepe, 51 (2:1), C. Bamba, 65 (3:1), G. Meqalhes, 71 (4:1), J. Fonte, 84 (5:1)

Xatırladaq ki, hazırda 81 xalla turnir cədvəlinə başçılıq edən PSJ sona 6 tur qalmış ən yaxın izləyicisi "Lill"i 17 xal özündən geridə buraxır.