"Real"ın ağlamalı günləri davam edir  - Video

"Real"ın ağlamalı günləri davam edir - Video

16 Aprel 2019 08:51
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya La Liqasında 33-cü turun son oyununda. "Real"səfərdə "Leqanes"lə görüşüb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, kral klubu bu oyunda da da uğursuzluq zolağından çıxa bilmədiyini nümayiş etdirib. Meydan sahibləri aciz duruma düşən qonaqlara yerini göstərərək 45-ci dəqiqədə Silvanın vurduğu qolla hesabda önə keçiblər. Kral klubu çox çətinliklə ikinci hissədə Benzemanın vurduğu qolla hesabı bərabərləşdirə bilib. Oyun 1:1 hesabı ilə də başa çatıb. Bununla da kral klubu ikinci yeri tutmaq imkanlarını da itirmiş olub.

"Leqanes" - "Real" - 1:1

Qollar: Silva, 45 (1:0), Benzema, 51 (1:1)