Çempionlar liqasının növbəti iki oyunu keçiriləcək
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə uğrunda daha iki oyun keçiriləcək.
Mediainfo.az-ın verdiyi xəbərə görə Portuqaliyada "Portu" İngiltərənin "Liverpul" komandasını qəbul edəcək. İngilislər ilk oyunda evdə portuqaliyalılara 2:0 hesabı ilə qalib gəliblər. Ona görə də onların növbəti mərhələyə adlama şansı daha yüksək hesb edilir. Lakin "Portu"nun da növbəti mərhələyə çıxmaq üçün sona kimi mübarizə aparacağı gözlənilir.
Günün ən çox maraq doğuran görüşündə İngiltərənin iki təmsilçisi üz-üzə gələcək. İngiltərə PremyerLiqasının lideri "Mançester Siti" isə doğma divarlar arxasında "Tottenhem" i qəbul edəcək. İlk oyunda səfərdə "Tottenhem"-ə 0:1 hesabı ilə məğlub olan Qvardiolanın komandası növbəti mərhələyə vəsiqə qaznmaq üçün 2 top fərqi ilə qalib gəlməlidir.









































.jpg)

















































