Emil Balayev: "Neçə dəfə olub ki, yüksək məbləğdən imtina etmişəm"
Azərbaycan millisinin qapıçısı Emil Balayevin doğum günüdür.
Mediainfo.az Goal.az-a istinadən xəbər verir ki, Tobol-un qolkiperinin 24 yaşı tamam olur.
Bu münasibətlə Qazaxıstan klubu rəsmi feysbuk səhifəsi vasitəsilə həmyerlimizdən maraqlı müsahibə götürüb.
Uşaqlığı haqda - Uşaqlarla gec saatlara qədər küçədə futbol oynayardıq. Hətta evdə məni cəzanın gözlədiyini bilə-bilə yenə də tez getmirdim. Futbol olan sevgimi görən babam məni seksiyaya yazdırdı. O, özü də futbolu çox sevirdi və "Neftçi" azarkeşi idi.
Pul haqda - Pul həlledici faktor deyil. Karyeramda bir neçə dəfə olub ki, yüksək məbləğdən imtina etmişəm. Bunu inkişafım və daha da irəli getməyim üçün etmişəm.
Qazaxıstandakı ilk oyunu haqda - Yadımdadı, oyundan əvvəl meydanı qol buraxmadan tərk etməyi çox istəyirdim. Çünki bu, Qazaxıstan çempionatında debüt matçım idi. Final fitindən sonra çox şad idim. Çünki debüt istədiyim kimi alınmışdı.
İnancları haqda - Talısmanım yoxdu. Ancaq həmişə Allahdan mənə hər şeydə kömək olmağı diləyirəm. Çünki hesab edirəm ki, nail olduğum hər şeyi yalmız Onun köməyi ilə qazanmışam.
Həyat qanunu haqda - Məhəmməd Peyğəmbərin dediyi kimi, özünüzə arzu etdiyinizi insanlara edin. Heç kimə özünüzə arzu etmədiyinizi etməyin. Bu qaydaya əməl etməyə çalışıram.
Karyerası haqda - Xoşbəxtəm və nail olduğum uğurlarda mənə kömək edən Allaha şükür edirəm. Daha çox uğur qazanmağa çalışacam. İllər sonra geriyə baxanda nələrdən keçdiyimi görüb, xoş anları xatırlamaq istəyirəm.









































.jpg)

















































