Avroliqada iki ingilis klubu yarımfinalda

Avroliqada iki ingilis klubu yarımfinalda

19 Aprel 2019 08:21
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Liqasında 1/4 finalın cavab oyunları ingilis klubları üçün uğurlu olub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Napolini səfərdə 1:0 hesabı ilə məğlub edən Arsenal iki oyunun nəticələrinə görə növbəti mərhələyə adlayıb. Digər ingilis klubu Çelsi öz meydanında Praqanın Slafiya komandasına 4:3 hesabı ilə qalib gələrək adını yarımfinalçılar siyahısına yazdırıb. Valensiya isə Vilyarrealı 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələdə oynamaq hüququ əldə edib.
"Ayntraxt" Almaniyada "Benfika" ilə qarşılaşıb və gərgin keçən oyunda 2:0 hesabı ilə qalib gəlib Almaniya təmsilçisi səfər qolu sayəsində mərhələ adlayıb.

Qeyd edək ki, yarımfinalın görüşləri 2-9 may tarixlərində keçiriləcək.

"Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə) - 0:1
Qol: Lyakazett,36
İlk oyun - 0:2

23:00."Valensiya" (İspaniya) - "Vilyarreal" (İspaniya)- 2:0
Qol: Latorre,13 Parexo, 54
İlk oyun - 3:1

"Ayntraxt" (Almaniya) - "Benfika" (Portuqaliya) - 2:0
Qollar: Kostik, 37, Sebastyan Rode, 67
İlk oyun - 2:4

"Çelsi" (İngiltərə) - "Slaviya" (Çexiya) - 4:3
Qollar: Pedro, 5 (1:0), Deli, 10-avtoqol (2:0), Jiru, 17 (3:0), Souçek, 26 (3:1), Pedro, 27 (4:1), Petr Sevçik, 51 (4:2) 54 (4:3)
İlk oyun - 1:0