Luka Qiotto ilk sərbəst yürüşdə qalib gəlib

Luka Qiotto ilk sərbəst yürüşdə qalib gəlib

26 Aprel 2019 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 üzrə birinci sərbəst yürüşü qalibinin adına aydınlıq gətirib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, ilk sərbəst yürüşün qalibi "UNI-Virtuosi" komandasının pilotu Luka Qiotto olub.

"Carlin" komandasından Nobuharu Matsuşita sərbəst yürüşü ikinci, "MP Motorsport"un sürücüsü Cordan Kinq isə üçüncü yerdə başa vurublar.