"Barselona" - "Liverpul" oyununu hollandiyalı hakimlər idarə edəcəklər

"Barselona" - "Liverpul" oyununu hollandiyalı hakimlər idarə edəcəklər

29 Aprel 2019 14:03
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Barselona" - "Liverpul" matçının hakimləri müəyyənləşib.

"Nou Kamp"dakı görüş hollandiyalı hakimlər briqadasina tapşırılıb.

Qarşılaşmanı Byörn Kuypers idarə edəcək. Ona yan xətdə Mario Diks və Ervin Zeinstra kömək edəcək.Dördüncü hakim funksiyasını yunanıstanlı Anastasios Sidiropulos yerinə yetirəcək. VAR sisteminə isə Danni Makkelie nəzarət edəcək.

Qeyd edək ki, mayın 1-də keçiriləck "Barselona" - "Liverpul" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. (qol.az)