"Tottenhem"- "Ayaks": Gərgin oyun gözlənilir

"Tottenhem"- "Ayaks": Gərgin oyun gözlənilir

30 Aprel 2019 08:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün keçiriləcək Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyununda İngiltərənin "Tottenhem" klubu Hollandiyanın "Ayaks" komandasını qəbul edəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Çempionlar Liqasının yarımfinala yüksələn iki sürpriz komandası arasında gərgin mübarizənin gedəcəyi gözlənilir. Hər iki komandanın gücü bərabər hesab edilir və oyunun heç-heçə və ya tərəflərdən birinin minimal hesabla qələbə çalacağı proqnozlaşdırılır.

30 aprel

Çempionlar Liqası

Yarımfinalın ilk oyunu

23:00."Tottenhem" (İngiltərə) – "Ayaks" (Hollandiya)