Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək

9 İyun 2019 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün UEFA Millətlər Liqasında final oyunları keçiriləcək.

Portuqaliyada təşkil olunmuş "dördlər finalı"nın həlledici görüşündə meydan sahibləri ilə Hollandiya yığması üz-üzə gələcək. Onların yarımfinalda müvafiq olaraq, üstələdikləri İsveçrə və İngiltərə milliləri isə 3-cü yer uğrunda matça çıxacaqlar. Bu komandaların hamısı A Liqasında qrup qalibi olub.

İlk dəfə təşkil olunan Millətlər Liqasının qalibinə 71 sm-lik gümüş kubokdan əlavə, 7,5 milyon avro pul mükafatı veriləcək. Finalda uduzan komanda isə 6,5 milyon avroya sahib olacaq.

UEFA Millətlər Liqası

3-cü yer uğrunda görüş

17:00. İsveçrə - İngiltərə
Gimaraynş (Portuqaliya), "Estádio D. Afonso Henriques"

FİNAL
22:45. Portuqaliya - Hollandiya
Portu (Portuqaliya), "Estadio do Dragao"

Report