Portuqaliya UEFA Millətlər Liqasının qalibi olub
UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqası turniri başa çatıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, finalda Portuqaliya və Hollandiya yığmaları qarşılaşıblar. İkinci hisssənin 60-cı dəqiqəsində Portuqaliya yığma komandasının oyuncusu Qedeş güclü zərbə ilə hesabı açıb. Bu qol Portuqaliyaya UEFA Millətlər Liqasının qalibi adını qazandırıb. Üçüncü yer uğrunda İngiltərə və İsveçrə qarşılaşıb. Əsas və əlavə vaxtlarda qapılara qol vurulmayıb. 11 metrlik cərimə zərbələrini isə ingilislər daha dəqiq yerinə yetirərək 6: 5 hesabı ilə qalib gəliblər. Onlar turniri 3-cü yerdə başa vurublar.
Millətlər Liqası
Final mərhələsi
9 iyun
3-cü yer uğrunda
İngiltərə - İsveçrə - 0:0, pen.6:5
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Gimaraynş. D.Afonso Enrike stadionu
Final
Portuqaliya – Hollandiya – 1:0
Qol: Qedeş, 60
Baş hakim: Alberto Undiano Mallenko (İspaniya)
Porto. "Draqao" stadionu

1 / 12









































.jpg)

















































