Türkiyə yığması İslandiyada təhqir edilib: XİN etiraz notası verib
Türkiyə Xarici İşlər Nazirliyi İslandiyaya Norveç Səfirliyi vasitəsilə etiraz notası göndərib.
Etiraz notasında bildirilir: "İslandiyada hava limanında Türkiyə yığma komandasına qarşı hörmətsizlik edilib. Səmərəli keçid üçün razılaşmaya baxmayaraq komandaya problem yaradılıb. Bundan başqa, komanda üzvlərinə hörmətsizlik edilib".
Məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məsələ ilə bağlı islandiyalı həmkarı ilə görüşməyi planlaşdırır.
Xatırladaq ki, Avro-2020-nin təsnifat mərhələsi çərçivəsində Türkiyə yığması İslandiyaya yola düşüb. Hava limanında Türkiyə yığmasının üzvü Emre Belözoğlu jurnalistlərə açıqlama verərkən kənardan bir şəxs yaxınlaşaraq futbolçuya mikrofon əvəzinə diş fırçası uzadıb. Bundan əlavə, yığma komandanın digər üzvləri hava limanında səbəbsiz yerə 3 saata yaxın gözləyiblər. Azadinform









































.jpg)

















































