"Qrizmann "Barselona" ilə martda anlaşıb"
"Atletiko"nun hücumçusu Antuan Qrizmannın yeni klubunun adı dəqiqləşib.
Madrid klubunun CEO-su Migel Anxel Gil Marin İspaniya mətbuatına açıqlamasında 28 yaşlı futbolçunun "Barselona"ya keçdiyini deyib: "Qrizmann martda "Barselona" ilə anlaşmışdı. O, növbəti mövsüm "Barselona"da çıxış edəcək".
Qeyd edək ki, 2014-cü ilin yayında "Real Sosyedad"dan 30 milyon avro qarşılığında "Atletiko"ya transfer olan Fransa millisinin üzvü ötən mövsüm "Atletiko"da 48 oyuna 21 qol vurub. (qol.az)
Digər xəbərlər









































.jpg)

















































