İtaliyaya qalib gəlib, bürünc medal qazandılar

İtaliyaya qalib gəlib, bürünc medal qazandılar

15 İyun 2019 09:09
Bəyəndim (0) Bəyənmədim (0)

20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında bürünc mükafatçı müəyyənləşib.

Üçüncü yer uğrunda görüşdə İtaliya və Ekvadorun U-20 yığmaları qarşılaşıb. Matçın əsas vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada Ekvador 104-cü dəqiqədə Riçard Minanın vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib və bürünc medal qazanıb.

Qeyd edək ki, final görüşündə isə bu gün Ukrayna və Cənubi Koreya milliləri qarşılaşacaq.