Zaqatalada təhlükəli hərbi sursat tapılıb
Azərbaycanın Zaqatala rayonunda təhlükəli hərbi sursat tapılıb. Bu barədə Apa-ya Zaqatala Rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, rayonun göyəm kəndi ərazisində, ağır hərbi texnikaları məhv etmək üçün nəzərdə tutulan, 1 ədəd "S8-KO" tipli reaktiv mərmi tapılıb. Dərhal hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Partlayıcı qurğu təhlükəsiz əraziyə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər