Salyanda evi yanan kişi həyəcandan infarkt keçirərək dünyasını dəyişib
Salyan Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Kürsəngi kənd sakini Qadir Göyçəyevə məxsus ümumi sahəsi 192 kv/m olan 2 mərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Nəticədə, 2-ci mərtəbədə 96 kv/m sahədə 4 otağın yanar konstruksiyaları tam yanıb. Bunu görən ev sahibi Qadir Göyçəyev həyəcanlanaraq infarktdan dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər