Tornado nəticəsində ölənlərin sayı sürətlə artır
ABŞ-ın cənub ştatlarında baş vermiş tornado hadisələri nəticəsində ölənlərin sayı artmaqda davam edir. Son məlumata əsasən, cari həftə ərzində qeydə alınmış azı 160 tornado hadisəsi ölkənin 6 ştatında ümumilikdə 305 nəfərin ölümünə səbəb olub. Xeyli sayda insanın xəsarət aldığı, həmçinin itkin düşənlərin olduğu bildirilir. Alabama ştatında 204, Tennesi ştatında 34, Missisipi ştatında 33, Corciya ştatında 14, Arkanzas ştatında 12, Virciniya ştatında 5, Missuri ştatında 2, Kentukki ştatında isə 1 nəfər ölüb. Güclü küləyin elektrik xətlərini sıradan çıxarması nəticəsində, azı, 1 milyon istifadəçinin enerji təchizatı sıradan çıxıb. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlər görülür. Axtarış-xilasetmə işləri aparılır.
Tornado təbii fəlakət sayılır. Təbii ki, ABŞ-da fəlakət olmalı idi...
Hafiz Əhmədov
O.M.