25 yaşlı oğlan Kürdə boğulub
Kürdəmir sakini Kür çayının İmişli rayonu ərazisindən keçən hissəsində boğulub.
İmişli Rayon Polis Şöbəsindən Apa-nın Mil-Muğan bürosuna verilən məlumata görə, avqustun 7-də Kürdəmir rayon Xırdapay kənd sakini, 1988-ci il təvəllüdlü Xəlilov Zamir Zakir oğlu İmişli rayonunun Telişli kəndi ərazisində Kürdə çimərkən batıb.Hadisə baş verəndən sonra ətrafda olan insanlar onu axtarsalar da, nəticəsi olmayıb.Daha sonra hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib.Axşam saatlarına qədər axtarış aparılsa da, meyit tapılmayıb.Hazırda axtarışlar davam etdirilir.
O.M.
Digər xəbərlər