Həmkarımızı itirdik...
Jurnalist Anar Mahmudoğluna ağır itki üz verib.
Oxumeni.az xəbər verir ki, jurnalistin həyat yoldaşı - tənqidçi Elnarə Tofiqqızı əməliyyat zamanı vəfat edib. O, "Medi Sina" klinikasında əməliyyata hazırlıq vaxtı dünyasını dəyişib. Məlumata görə, E.Tofiqqızının yaxınları bildirib ki, bu gün o süd vəzilərindəki şişlə bağlı əməliyyat olunmalı idi. Amma əməliyyata hazırlıq zamanı, xəstəyə narkoz vurulan kimi E.Tofiqqızı komaya düşüb. Onu komadan ayıltmaq mümkün olmayıb və keçinib.
Hadisə yerinə Nəsimi Rayon Prokurorluğunun və 21-ci polis bölməsinin əməkdaşları gəlib və həkimlərdən izahat alıblar. E. Tofiqqızının nəşi ekspertizadan keçirilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılacaq. Ekspertizanın nəticələri, mərhumun hansı səbəbdən dünyasını dəyişməsi sabah bilinəcək.
Ekspertizanın nəticələri, mərhumun hansı səbəbdən dünyasını dəyişməsi sabah bilinəcək.
Allah rəhmət eləsin!
O.M.