Günay Məmmədova intihar edibmiş...

Günay Məmmədova intihar edibmiş...

7 Fevral 2014 11:16
Bəyəndim (0) Bəyənmədim (0)
Metropoliten işçisinin ölümü ilə bağlı başlanmış cinayət işi dəyişdirildi

Bakı Metropolitenin bələdçisi Günay Məmmədovanın faciəvi ölümü ilə bağlı başlanan cinayət işi dəyişdirilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, 30 avqust 2013-cü il tarixdə paytaxtın Suraxanı rayonu, H.Əliyev prospektində Təhmin Verdiyevin idarə etdiyi BMW-X5 markalı 90 XV 780 qeydiyyat nişanlı avtomobilin piyada Günay Məmmədovanı vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə başlanmış cinayət işi üzrə aparılmış istintaq zamanı T.Verdiyevin hərəkətlərində cinayət tərkibi olmadığından 28 yanvar 2014-cü il tarixdə iş üzrə icraata xitam verilib.
Mərhumun tanışı Rabil Rzayevin hərəkətlərində həmin Məcəllənin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinin tərkibinin olub-olmamasının yoxlanılması və sonuncunun hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar aidiyyəti üzrə rayon Prokurorluğuna göndərilib.Hazırda Suraxanı Rayon Prokurorluğunda müvafiq araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən ilin avqustun 30-da Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini Təhmin Vəliyev idarə etdiyi "BMW X-5" markalı avtomaşınla həmyerlisi Günay Məmmədovanı vurub.

Nəticədə G.Məmmədova hadisə yerində ölüb. Qəza baş verən zaman G.Məmmədovanın nişanlısı, polis serjantı Rabil Rzayev də hadisə yerində olub. Nişanlısı ilə dava edən G.Məmmədova onun maşınından düşərək yolu keçmək istəyərkən avtomobil vurması nəticəsində ölüb.