Aldadıb xeyli miqdarda pulunu mənimsədi
Gəncə şəhər sakini 25 min ABŞ dollarının mənimsənildiyi barədə polisə şikayət edib. Gəncə şəhər Baş Polis İdarəsindən apa-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhəri, Sadıllı qəsəbəsində yaşayan Rəna Rzayeva polisə müraciət edərək bildirib ki, qətlə yetirilən oğlunun yaxın dostu kimi özünü təqdim edən 25 yaşlı Gəncə şəhər sakini Mahmud Qurbanov onun təhlükəsizliyini qorumaq adı ilə bir ay evində qalıb. M. Qurbanov yaşadığı evi 25 min ABŞ dollarına satan R. Rzayevanı Rostov şəhərinə aparmaq adı ilə aldadıb, etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onun pulunu mənimsəyib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər