Bakıda vətəndaşı döyənlər tutulub
Bakıda insident olub. Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, avqustun 15-də Bakı şəhər sakini Kamil Abdullayevin döyülməsi və ona məxsus marketdə qaz tapançasından atəş açılması barədə verilmiş məlumatla əlaqədar Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Cavidan Cəbrayılzadə və qardaşı Kamran tutulub.
C. Cəbrayılzadədən "Umarex" markalı qaz tapançası götürülüb.
Mediainfo.az
Digər xəbərlər