Anar Yusifoğlu yenidən İctimai Televiziyada
Ona İTV-də yeni vəzifə verilib
İctimai Telnar Yusifoğleviziya və Radio Yayımları Şirkətində yeni təyinat olub. Əvvəllər İTV-nin Analitik Proqramlar Departamentinin direktoru işləyən Anar Yusifoğlu adıçəkilən televiziyanın İnformasiya və İctimai-Siyasi Proqramlar Departamentinin direktor müavini təyin edilib. A. Yusifoğlu 2013-cü ilin sentyabrında vəzifəsindən azad edilmişdi. O, hazırda aktual.az saytına rəhbərlik edir.
Qeyd edək ki, İctimai Televiziyanın İnformasiya və İctimai-Siyasi Proqramlar Departamentinə hələlik direktor təyin edilməyib. Adıçəkilən departament İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədovun kurasiyasındadır.
Mediainfo.az
Digər xəbərlər