Hərbçi yoldaşını qətlə yetirərək qaçan əsgər tutulub

Hərbçi yoldaşını qətlə yetirərək qaçan əsgər tutulub

22 İyul 2011 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, iyulun 20-də Müdafiə Nazirliyinin Beyləqanda yerləşən "N" saylı hərbi hissəsində xidmət edən əsgər Cəfərov Arif Şakir oğlu təhlükəsizlik qaydalarını pozduğundan tabeliyindəki silahdan atəş açılıb. Güllə əsgər Yusifov Hikmət Eldar oğluna dəyib və o hadisə yerində həlak olub. Bundan sonra hadisəni törədən əsgər qaçıb gizlənmişdi. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin verdiyi məlumata görə, hadisəni törətmiş əsgər Arif Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Azərbaycan əsgərinə atılan güllə bütün xalqa atılan güllədir.

Tofiq Əliyev

O.M.