Ankarada terror aktına görə məsuliyyəti PKK-nın qolu olan təşkilat üzərinə götürüb

Ankarada terror aktına görə məsuliyyəti PKK-nın qolu olan təşkilat üzərinə götürüb

17 Mart 2016 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 13-də Ankarada törədilən parlayışın məsuliyyətini TAK (Kürdüstan Azadlıq Şahinləri -Teyrêbazên Azadiya Kurdistan) terror təşkilatı üzərinə götürüb.

Qeyd edək ki, TAK Ankarada ötən ayın 19-da törədilən partlayışın da məsuliyyətini üzərinə götürüb. Daha əvvəl isə İstanbuldakı Sabiha Gökçe hava limanına top mərmiləri atan şəxslərin TAK üzvü olduğu açıqlanıb. Ankarada martın 13-də törədilən partlayış nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb. Fevralın 19-da isə Ankarada 28 nəfərin ölüm, 61 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib.

Martın 13-də partlayışı törədən digər terrorçu-kamikadzenin kimliyi də müəyyənləşib. Özünü Zonguldakda anadan olmuş 26 yaşlı Özgür Ünsal olduğu, son 9 ildir, Ankarada yaşadığı bildirilir. Partlayışı törədən digər kamikadze-terrorçu isə 24 yaşlı Səhər Çağla Dəmirdir.

Mediainfo.az