Tiflisdə BMT binasına bomba qoyuldu
Diqqətlər Gürcüstana tərəf yönəldilir
Tiflis şəhərinin mərkəzində Barnova küçəsində BMT-nin yerli ofisinin yaxınlığında partlayıcı maddə aşkar edilmişdir. Ərazi hazirda polis lentlərilə mühasirəyə alınmışdır. Xatırladaq ki, 31 mart günü səhər Kutaisi şəhərində meriyanın binasının partladılmasının qarşısı HMO tərəfindən alınmışdır. 2 Zuqdidi sakini şübhəli şəxs qismində saxlanılmışdır. Onlardan külli miqdarda partlayıcı maddə müsadirə edilmişdir. Rustavi 2 telekanalının məlumatına görə, terroristlər Kutaisidəki Ədliyyə binasını da partlatmağa hazırlaşırdılar.
Faktla bağlı cinayət işi açılmışdır. İstintaq davam edir.
O.M.
Digər xəbərlər