Yağmursuz hava şəraiti davam edəcək
Aprelin 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq.
Mülayim cənub küləyi arabir güclənəcək.
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 8-12° isti, gündüz 18-23° isti, Bakıda gecə 9-11° isti, gündüz 20-22° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 75-80 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Mediainfo.az
Digər xəbərlər