
ABŞ kəşfiyyatçısı İŞİD terrorçusuna ərə getdi
ABŞ-da analoqu olmayan casusluq hadisəsi baş verib. CNN televiziya kanalının bu gün yaydığı məlumata görə, ölkənin Federal Təhqiqatlar Bürosunun aparıcı tərcüməçisi Daniel Qrin 3 il əvvəl Suriyaya köçərək İŞİD terrorçusu ilə ailə qurub. O, ən yüksək məxfilik dərəcəsində məlumatlara işləyən əməkdaş olub.
Belə ki, Daniel Qrin işini araşdırdığı terroristlə bir müddət sonra məhəbbət romanı yaşamağa başlayıb. Daha sonra terroristə onunla bağlı bütün məxfi məlumatları ötürərək təhlükəsizliyini təmin edib. 2014-cü ildə isə Suriyanın İŞİD-in nəzarətində olan ərazisinə köçüb.
Qeyd edək ki, 38 yaşlı amerikalı Daniel Qrin əvvəllər Almaniya vətəndaşı olmuş Əbu Təlha əl Almani adlı terroristlə ailə qurub. Milliyyətcə alman olan terroristin əsl adı Denis Kuspertdir və o, ölkəsinin rep aləmində Deso Dogg ləqəbi ilə məşhur olub. İslam dinini qəbul etdikdən sonra ad-soyadını dəyişərək Suriyaya köçüb. İŞİD sıralarında kəşfiyyatçı kimi çalışıb. Daha doğrusu, internet vasitəsilə İŞİD sıralarına terrorçu toplamaqla məşğul olub.
Hazırda ABŞ-ın sabiq kəşfiyyatçısı Daniel Qrin İŞİD xeyrinə təbliğatla məşğuldur və tanınmamış bu dövlətin heç zaman süqut etməyəcəyini bildirir. O, yazışmalarında ölkəsi üçün darıxdığını da bildirir.
Mediainfo.az