Jurnalistlər Mərkəzi Bankın diqqət mərkəzindədir

Jurnalistlər Mərkəzi Bankın diqqət mərkəzindədir

10 Noyabr 2011 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Mərkəzi Bankı (AMB) fəaliyyətinin 20 illiyi münasibəti ilə "Azərbaycan Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu" mövzusunda məqalə müsabiqəsi elan edib. AMB-dən verilən məlumata görə, məqalələr ölkənin iqtisadi inkişafında Mərkəzi Bankın rolu və fəaliyyət istiqamətləri barəsində olmalıdır.

Müsabiqəyə 5 sentyabr - 30 dekabr 2011-ci il ərzində elektron və çap KİV-də müsabiqənin mövzusuna uyğun nəşr olunmuş məqalələr qəbul olunur.

Qaliblərə xüsusi sertifikatlar və pul mükafatları təqdim olunacaq:
Birinci yer - 2000 manat;
İkinci yer - 1500 manat;
Üçüncü yer - 1000 manat.
Məqalələr 30 dekabr 2011-ci il saat 17:00-dək qəbul ediləcək.
Müsabiqənin tələbləri haqqında ətraflı məlumat və qaydalar AMB-nin rəsmi internet səhifəsində (www.cbar.az) yerləşdirilib.
Əlaqə telefonu: 493 11 22 (daxili 381); [email protected]

Jurnalistlər Mərkəzi Bankın diqqət mərkəzindədir...

Hafiz Əhmədov

O.M.