Sumqayıtda ev, Ağcabədidə ot tayası yanıb

Sumqayıtda ev, Ağcabədidə ot tayası yanıb

14 Yanvar 2019 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər xəsarət almışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonunun Bala Kəhrizli kəndində ümumi sahəsi 420 m² olan talvarın altına yığılmış 20 ton ot bağlamasının 10 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və talvar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.