Uzaq Şərqdə Su-34-lər toqquşub: Pilotlardan biri  sağ qalıb

Uzaq Şərqdə Su-34-lər toqquşub: Pilotlardan biri sağ qalıb

18 Yanvar 2019 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Təxminən bir saat əvvəl Uzaq Şərq səmasında Rusiyaya məxsus iki Sy-34 təyyarəsi toqquşub.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, hadisəyə səbəbin pilotlardan birinin diqqətsizliyi olub. Bununla əlaqədar TASS-a məlumat verən mənbə qeyd edib ki, hələlik pilotlardan birinin taleyi məlum deyil: "İki Su-34 dəniz üzərindən uçarkən havada toqquşublar. Təyyarələrdən birinin pilotu paraşütlə tullanaraq qəzadan canını sağ qurtara bilib. Digər pilotun isə taleyi hələlik məlum deyil".