
Biləsuvarda ev, Şəmkirdə tövlə yanıb
Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və damına yığılmış 1 ton ot bağlamasının 0,5 tonu yanmışdır.
Mediainfo.az-a FHN-dan verilən xəbərə görə,tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Biləsuvar rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Digər xəbərlər