Taylandda silahlı hücum nəticəsində 15 nəfər həlak olub - Video

Taylandda silahlı hücum nəticəsində 15 nəfər həlak olub - Video

6 Noyabr 2019 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Taylandın cənubundakı nəzarət-buraxılış məntəqəsinə silahlı basqın nəticəsində 15 nəfər həlak olub. Rəsmi məlumatlara görə, qətlə yetirilənlərdən biri polis əməkdaşıdır, qalanları isə qonşu kəndlərdən olan könüllülərdir. Yaralılar var.

Oxumeni.az evronews-a istinadən xəbər verir ki, hücum Yala əyalətində törədilmişdir. Təcavüzkarlar partlayıcı maddələrdən istifadə etmişdilər.

Tailandın Silahlı Qüvvələrinin komandanlığında baş verənlərin arxasında radikal separatçı qrupların dayandığı güman edilir. Hüquq müdafiəçilərinin dediyinə görə, 2004-cü ildən onların təşkil etdikləri terror aktları və hücumlar nəticəsində 7 minə yaxın insan həlak olub.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)